`Fənərbaxça`nın oyununda dava - Hakimi döydülər (VİDEO)
Yerli azarkeşlər “Trabzonspor”un 0:4 hesabı ilə geridə olduğu vaxt meydana yad cisimlər atmağa başlayıblar. Qısa fasilədən sonra oyun davam etdirilib.
Lakin matçın 89-cu dəqiqəsində yerli azarkeşlərdən biri meydana daxil olaraq yan xətt hakiminə zərbələr endirib. Bundan sonra meydana xeyli azarkeş daxil olub və vəziyyət idarəolunmaz həddə çatıb.
Bu səbəbdən matçın baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb.
AzVision.az