BMT-yə müraciət ediləcək

BMT-yə müraciət ediləcək
  22 Fevral 2013    Oxunub:1917
Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 21-ci ildönümündə bir araya gələcəklər.
AzVision.az-ın məlumatına görə, tədbir fevralın 25-də saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində Milli QHT Forumu (MQF) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 100-dən çox QHT rəhbərlərilə yanaşı, beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, bütün dünyada fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından müraciət qəbul olunacaqdır.



Teqlər:  





Xəbər lenti