Azərbaycanı təmsil edən idmançı ABŞ-da ölüb

Azərbaycanı təmsil edən idmançı ABŞ-da ölüb
  27 Mart 2016    Oxunub:10003
ABŞ-ın Mayami şəhərində bir vaxtlar fiqurlu konkisürmə üzrə Azərbaycanı təmsil edən rusiyalı idmançı İqor Paşkeviç həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fiqurlu konkisürmə Federasiyasının mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, Paşkeviç 44 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmır.

İqor Paşkeviç Moskvada anadan olub, 1996-cı ildə Avropa çempionatının gümüş medalını qazanıb. 1997-ci ildən kişilər arasında fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edib. Son illərdə o, ABŞ-da məşqçi kimi çalışıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti