Cüdoçularımız yenə məğlub oldu

Cüdoçularımız yenə məğlub oldu
  26 Mart 2016    Oxunub:2245
Gürcüstanın paytaxtı Tibilisidə cüdo üzrə Qran-Pri yarışı davam edir.
AzVision.az-ın məlumatına görə, Tbilisi Qran-Prisinin ikinci günündə tatami üzərinə 3 cüdoçumuz çıxıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fəqan Quluzadə ilk qarşılaşmasında Səudiyyə Ərəbistanının cüdoçusu Məhəmməd Əl Hərbini məğlub edib. Lakin növbəti qarşılaşmasında Şimali Koreya təmsilçisi Kuk Hyon Honqa məğlub olaraq mübarizəni dayandırıb.

81 kq çəki dərəcəsində çıxış edən hər iki idmaçımız – Rütəm Alimli və Ziya Namazov isə ilk qarşılaşmalarında məğlub olublar.

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 12 idmançı ilə təmsil olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti