Ərdoğandan derbi açıqlaması
Ankarada və İstanbulda yaşanan terror aktlarını xatırladan Ərdoğan deyib: “Oyundan öncə terror olacağı haqda kəşfiyyat məlumatı aldıq. Əvvəlcə oyunun azarkeşsiz keçirilməsini düşündük. Ancaq sonra yeni kəşfiyyat məlumatı əldə etdik və hər iki klubun rəhbərliyi ilə danışıqlar aparılaraq qərara alındı ki, oyun başqa tarixdə keçirilsin”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası derbinin yaxın günlərdə keçirilməsinə qərar verib.
AzVision.az