Yay vaxtının ləğvi `Formula-1`ə təsir edəcək
AzVision.az `f-1.az`-a istinadla xəbər verir ki, iki ay əvvəl bizim yarışın vaxtı açıqlanmışdı – Fransada həmin gün baş tutacaq Le Man marafonunun finişi ilə üst-üstə düşməsin deyə, bizim yarışın startı axşama doğru sürüşdürülmüşdü və 18:00-a təyin olunmuşdu.
İki gün əvvəl Nazirlər Kabinetinin məlum qərarından sonra məlum olub ki, əgər Formula1 yarışı yerli vaxtla saat 18:00-da başlayarsa, onda günəşin batmasına qədər qalan müddət 1 saat azalacaq – bu isə trasın təbii işıqlandırılması üçün problemlərə səbəb ola bilər. Xüsusən də, havanın yağışlı və ya buludlu olması görməni xeyli çətinləşdirə bilər.
Yerli vaxtla günəşin batması həmin gün 20:14-ə proqnozlaşdırılıb, ona görə də ən optimal variant yarışın start vaxtını irəli çəkməkdir – Fransada saatlar çəkildiyi üçün Le Man yarışının finişi ilə problem də olmayacaq.
Reqlamentə əsasən, bu cür dəyişikliklər FOM-la razılaşdırılmalı və FİA tərəfindən təsdiq olunmalıdır…
Teqlər: