`Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır`

`Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır`
  15 Mart 2016    Oxunub:1294
“Ötən il ölkəmizdə “Kənd təsərrüfatı” ili idi. 2015-ci il bu sahədə uğurlu oldu. Artıq bir çox ərzaq məhsulları ilə özümüzü təmin edirik”.
Bunu deputat Musa Quliyev deyib. O qeyd edib ki, Azərbaycanda ixracyönümlü məhsullar da istehsal olunur.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev aqrar sistemə daim öz dəstəyini göstərir. M.Quliyev təklif edib ki, Gəncə-Bakı aviareysi hər gün həyata keçirilsin:

"Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin adamları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti