İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR+VİDEO (Yenilənib)

İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR+VİDEO (Yenilənib)
  15 Mart 2016    Oxunub:7265
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqamətgahında İlham Əliyevi qarşılayıb.

Protokola uğun olaraq hər iki dövlətin himni səsləndirilib, dövlət və hökumət rəsmiləri təqdim olunub.



***

Hazırda prezidentlərin təkbətək görüşü başlayıb. Görüş mətbuata qapalı şəkildə keçirilir.

Türkiyə mətbuatı xəbər verir ki, prezidentlərin təkbətək görüşündə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər müzakirə ediləcək.

***

Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilib.



Görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.












AzVision.az



Teqlər:  





Xəbər lenti