`Ordumuz ermənilərə tutarlı cavab verir` - Baş nazir

`Ordumuz ermənilərə tutarlı cavab verir` - Baş nazir
  15 Mart 2016    Oxunub:2155
“Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədi ilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi evlə təmin edilib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Ali baş komandanın gündəlik nəzarətində olan ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi-sənaye potensialının inkişaf etdirilməsi məsələlərinə hər zaman olduğu kimi xüsusi diqqət yetirilib:

“Bunun da əsas səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır. Qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyəti beynəlxalq qurumlar isə ədalətsizlik və hüquqazidd olan mövqe nümayiş etdirirlər.

Bunlar nəzərə alınaraq ordunun müasir silah sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar silahlı qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir”.

Baş nazir deyib ki, Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub: “Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyəşdirilməsinə 3,3 milyard manat vəsait ayrılıb”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti