Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq
  15 Mart 2016    Oxunub:1863
Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağaçağı gözlənilir, yarmadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, günün ikinci yarısında yağış tədricən kəsiləcək, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, arabir sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti