İlham Əliyevin Türkiyə səfərinin proqramı

İlham Əliyevin Türkiyə səfərinin proqramı
  15 Mart 2016    Oxunub:4353
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb.

AzVision.az Türkiyə mənbəyinə istinadən xəbər verir ki, prezident İlham Əliyev bu gün Bakı vaxtı ilə saat 12:30-da Türkiyədə olacaq.

Türkiyə prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək.

Bakı vaxtı ilə saat 12:45-də prezidentlərin təkbətək görüşü planlaşdırılıb.

Rəsmi proqrama görə, daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Toplantı saat 13:45-də başlayacaq.

Səfər zamanı Azərbaycan-Türkiyə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanacaq.

İmza mərasimi başa çatdıqdan sonra prezident İlham Əliyev və Ərdoğanın birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Saat 15:30-da Türkiyə prezidentinin adından prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət veriləcək.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti