İmtahan başa çatdı - cavablar nə vaxt açıqlanacaq?

İmtahan başa çatdı - cavablar nə vaxt açıqlanacaq?
  13 Mart 2016    Oxunub:2353
Martın 13-də Azərbaycanda peşə liseylərinin buraxılış imtahanları keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, imtahanlar 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunub.

2 saat 45 dəqiqə müddətində aparılan imtahanlar ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.

Şagirdlər hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığını həll ediblər. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcək.

Məlumat üçün bildirək ki, imtahanın aparılması üçün 30 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 363 zal nəzarətçisi cəlb olunub.

İmtahanlarda ümumilikdə 4448 şagirdin (Bakıda 1917, Gəncədə 344, Şəmkirdə 68, Gədəbəydə 98, Qazaxda 77, Tovuzda 111, Sumqayıtda 406, Abşeronda 124, Şamaxıda 60, Qaxda 85, Bərdədə 176, Göyçayda 123, Kürdəmir 61, Zərdabda 37, Şirvanda 94, Sabirabadda 95, Biləsuvarda 27, Salyanda 90, Saatlıda 98, Lənkəranda 38, Cəlilabadda 98, Qubada 80, Qusar 57, Xaçmazda 84) iştirak edəcəyi gözlənilirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti