Azərbaycanda 500 tibb müəssisəsi tikilib

Azərbaycanda 500 tibb müəssisəsi tikilib
  12 İyul 2013    Oxunub:1129
Bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 1-ci beynəlxalq neonаtoloji konqres öz işinə başlayıb.
AzVision.az-ın məlumatına görə, tədbirdə Almaniya, Norveç, Türkiyə, İtaliya, Finlandiya və digər ölkələrdən 250-dən artıq mütəxəssis iştirak edir.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatrlar Birliyinin prezidenti Nəsib Quliyev bildirib ki, bu konqresin Azərbaycanda keçirilməsi Azərbaycanda tibb sahəsində mühüm irəliləyişlərin əldə olunmasından xəbər verir.

N.Quliyev həmçinin vurğulayıb ki, son 10 ildə Azərbaycanda 500 tibb müəssisəsi tikilib və yaxud yenidən qurularaq ən müasir tibb avadanlıqları ilə təchiz edilərək istifadəyə verilib.

Qeyd edək ki, konqres öz işini iyulun 13-də də davam etdirəcək. Konqresin plenar iclasında Avropadan gəlmiş məşhur mütəxəssislər neonatologiyanın aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti