Mərkəzi Bank 12 nəfəri `qara siyahı`ya salıb

Mərkəzi Bank 12 nəfəri `qara siyahı`ya salıb
  03 Mart 2016    Oxunub:1865
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ümumi siyahını yeniləyib.
Xidmətdən verilən xəbərə görə, siyahıya 12 nəfərin adı əlavə olunub. Onların 11-i Əl-Qaidə, 1-i isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (https://azvision.az/redirect.php?url=http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti