Narkotikdən zəhərlənən tələbələrlə bağlı Nazirlikdən açıqlama

Narkotikdən zəhərlənən tələbələrlə bağlı Nazirlikdən açıqlama
  03 Mart 2016    Oxunub:3221
Azərbaycanın Təhsil Nazirliyi ötən gün Türkiyənin Aksaray şəhərində narkotikdən zəhərlən iki azərbaycanlı tələbə ilə bağlı açıqlama verib.
Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zeynal Zeynalov və Aqşin Hüseynov Türkiyə Respublikasının Aksaray Universitetində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində və hökumətlərarası müqavilələr hesabına təhsil almırlar.

Nazirlikdən onu da qeyd ediblər ki, Təhsil Nazirliyində şəxsi vəsaitləri hesabına və ya müxtəlif mübadilə proqramları çərçivəsində xaricdə təhsil alan tələbələrin qeydiyyatı aparılmır.

Qeyd edək ki, ötən gün Türkiyənin Aksaray şəhərində iki azərbaycanlı tələbə narkotikdən zəhərlənib. Hadisə “Aral” yataqxanasında baş verib. Aksaray Universitetinin Azərbaycandan olan tələbələri - 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qəbul ediblər. Bir qədər sonra hər iki tələbənin vəziyyəti pisləşib. Onlar ağır vəziyyətdə Aksaray dövlət xəstəxanasına çatdırılıblar. Aparılan müalicələrdən sonra Aqşin Hüseynovun həyati təhlükəsi aradan qaldırılıb, Zeynal Zeynalovun isə vəziyyətinin ağır olduğu bildirilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti