Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb

Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb
  02 Mart 2016    Oxunub:1162
Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
AzVision.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb.

Bundan əlavə F.Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb və müraciət təmin edilməyib.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti