Bulvarda Novruz şənliyi - Bu il fərqli olacaq

Bulvarda Novruz şənliyi  - Bu il fərqli olacaq
  01 Mart 2016    Oxunub:3331
Martın 19-da Bakıda Dənizkənarı Bulvarda bayram şənliyi keçiriləcək.
Bu barədə AzVision.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il keçiriləcək bayram şənliyi əvvəlkilərdən fərqli olacaq.

“Mart ayının 19-da səhər saatlarından başlayan bayram konserti axşam saatlarına kimi davam edəcək. Bayramın əsas təşkilatçısı Mədəniyyət və Turizim Nazirliyidir. Bununla bağlı nazirlikdə Təşkilat Komitəsi yaradılıb. Komitəyə Ədalət Vəliyev rəhbərlik edir”.

N.Məcidovun sözlərinə görə, “Formula -1” yarışları ilə əlaqədar konsertin proqramına dəyişiklik edilə bilər.

“Bulvar İdarəsi konsertin təşkil olunmasına köməklik edəcək. Yəni, xüsusi avadanlıqların gətirilməsinə, avtomobillərin, konsert üçün nəzərdə tutulan bəzi əşyaların hazırlanmasına köməklik edəcəyik. Amma konsert proqramında nələr olacaq, hələ ki, bilmirik. Məsələn, keçən il Novruz şənliyi təşkil olunanda Avropa Oyunları ilə bağlı maraqlı proqram təşkil olunmuşdu. Qarşıdan “Formula 1” yarışları gəlir. Ola bilər ki, bu dəfə yarışlara uyğun proqram təşkil olunsun”, -deyə N.Məcidov bildirib.

Qurum rəsmisi bayram hazırlığı ilə əlaqədar Bulvarda lazımı işlərin görüldüyünü deyib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti