Suraxanıda qaz olmayacaq

Suraxanıda qaz olmayacaq
  01 Mart 2016    Oxunub:1717
Martın 2-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, təmir işlərinin Bakının Suraxanı rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti