Son 2 ayda 19 min piyada cərimələnib

Son 2 ayda 19 min piyada cərimələnib
  01 Mart 2016    Oxunub:1481
2016-cı il yanvarın 1-dən fevralın 27-dək Bakı şəhəri üzrə yol hərəkəti qaydalarının pozulması ilə bağlı 150 mindən artıq inzibati protokol tərtib edilib.
AzVision.az xəbər verir ki, bu barədə trend.az-a Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan müddət ərzində 2578 sərxoş sürücü müəyyən edilib.

V.Əsədov bildirib ki, sərnişindaşıma qaydalarını pozan 728 sürücüyə inzibati protokol tərtib edilib.

Bölmə rəisi bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə, həmçinin 19 min piyada cərimə edilib: “Sürət həddinin aşılmasına görə 900-dən artıq sürücü cərimələnib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti