Ermənipərəst “Regnum” təxribata əl atdı

Ermənipərəst “Regnum” təxribata əl atdı
  01 Mart 2016    Oxunub:2159
Bu gün ATV.az –da yayımlanan “Moskvada metro partladıldı - Dağıntılar altında ölən və yaralananlar var - VİDEO – FOTOLAR” sərlövhəli xəbər ilə bağlı ermənipərəst “Regnum” agentliyi təxribata əl atıb.
Sözügedən xəbəri Rusiyanın bəzi xəbər portalları və Ukrayna saytları tirajlamasına baxmayaraq, ermənilərin idarə etdiyi agentlik birbaşa ATV-ni hədəfə alıb.

“Баку «взорвал» метро в Москве: кто выдумал и изобразил теракт в России?” adlı yazıda “Regnum” agentliyi bu xəbəri informasiya mahiyyətindən uzaqlaşdırmağa cəhd edərək, əsl motivini Azərbaycanla Rusiyanın qardaşlıq əlaqələrinə kölgə salmaq niyyətini güdüb.

“Daimi erməni terrorundan əziyyət çəkən xalq kimi bu xəbərin düz olmadığına və dost Rusiya xalqının itkilərlə üzləşmədiyinə görə sevindik. Amma ermənilərin idarə etdiyi “Regnum” agentliyinin əsl niyyətinin elə ATV ilə bağlı yaydığı xəbərdə də görmək mümkündür” -deyə ATV-nin yaydığı məlumatda qeyd edilib




Teqlər:  





Xəbər lenti