Deputatın qalmaqallı `qoyun təklifi`nə Reaksiya
Hadi Rəcəblinin fikirlərinə münasibət bildirən həmkarı Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən qalmaqal doğuran təkliflə bağlı pilot layihələr hazırlanır.
Deputatın sözlərinə görə, beynəlxalq maliyyə qurumları ilə birlikdə Göyçayda pilot layihə həyata keçirilib: “Ünvanlı sosial yardım alanlardan kimsə sahibkarlıqla, digəri heyvandarlıqla məşğul olmaq istəyir. Onlara bu yardım göstərilir. Əgər razılıq verirsə, onlara belə köməklik göstərilir. Bu layihə digər regionlarda da həyata keçiriləcək. Hazırda bu məsələ gündəmdədir. Konkret olaraq hər kəsə qoyun verilməsi doğru yanaşma deyil. Bu, forma nəzərdə tutulmayıb”.
V.Əhmədov hesab edir ki, yeni layihədə məqsəd ələbaxımlığı aradan qaldırmaq, iş yerlərinin yaradılmasıdır: “İnsanların fərdi təsərrüfat sahəsini yaratmasına köməklik göstərən belə pilot layihələrin olması çox müsbət addımdır”.
Anar Kəlbiyev
AzVision.az