İrandan Azərbaycana narkotik keçirmək istədilər

İrandan Azərbaycana narkotik keçirmək istədilər
  01 Mart 2016    Oxunub:1527
Fevralın 25-də 21:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən iki nəfər sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar.

Sərhəd pozucularının hərəkət marşurutuna baxış keçirilərkən ərazidə külli miqdarda narkotik maddə olan 4 kq 400 qram kakos və 2 kq tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti