“Təhlükəyə Son!”un sonuncu seminarı

“Təhlükəyə Son!”un sonuncu seminarı
  01 Mart 2016    Oxunub:1772
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günay Mahmudlunun rəhbərliyi altında həyata keçirilən “Təhlükəyə son!” layihəsinin sonuncu seminarı 27.02.2016-cı il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 saylı orta məktəbdə baş tutdu. Tədbirin rəsmi hissəsində Gənclər Fondunun fəaliyyətindən, Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən, bu sahədə həyata keçirilən layihələrdən danışılıb.

Daha sonra təlimçilər Nərmin Rəhmanova və Leyla Cabbarzadə narkomaniya, spirtli içki və siqaret haqqında ümümi məlumat, narkotik vasitələrin təsnifatı, alkoqolizmin yaranma səbəbləri, simpomları, narkotik istifadəçilərinin digər xəstəliklərə yoluxmaları, siqaretin insanlarda yaratdığı fiziki və psixoloji asılılıq və onun fəsadları, İslam dinində zərərli vərdişlərə münasibət, narkotik maddələr, siqaret və spirtli içkinin sağlamlığı necə məhv etməsi, bu maddələrə asılılıqdan xilas yolları, spirtli içki və narkotiklərlə bağlı cinayətkarlıq, Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər haqqında məktəblilərə məlumatlar verilmiş, qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış, şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Ümumilikdə layihənin seminarları müxtəlif tarixlərdə Bakı şəhərində yerləşən 4 məktəbdə həyata keçirilib:

1) 25.01.2016, Sabunçu rayonu, Firuz Bayramov adına 22 saylı orta məktəb;

2) 04.02.2016, Sabunçu rayonu, Elxan Misirxanov adına 71 saylı orta məktəb;

3) 12.02.2016, Xətai rayonu, Ayaz Məhərrəmov adına 95 saylı orta məktəb;

4) 19.02.2016, Nizami rayonu, Kamil Əyyubov adına 12 saylı orta məktəb;

5) 27.02.2016, Sabunçu rayonu, Firuz Bayramov adına 22 saylı orta məktəb.

Qeyd edək ki, “Təhlükəyə Son!” layihəsi çərçivəsində keçirilən bütün seminarlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Seminar zamanı iştirakçılara dəftər, qələm, bukletdən ibarət qovluqlar və sertifikatlar təqdim olunub və sonda xatirə şəkilləri çəkib.



Teqlər:  





Xəbər lenti