FHN itən neftçiləri hələ də axtarır

FHN itən neftçiləri hələ də axtarır
  01 Mart 2016    Oxunub:1998
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, FHN-nin müvafiq qurumları tərəfindən itkin düşən neftçilərin axtarışı davam etdirilir.

Qeyd edək ki, ötən il dekabrın 4-də Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib.

Hadisə baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti