Əqrəblər bir saat irəli çəkiləcək

Əqrəblər bir saat irəli çəkiləcək
  01 Mart 2016    Oxunub:8678
Azərbaycan bu ay yay vaxtına keçəcək.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Martın son bazar günü ayın 27-ə təsadüf etdiyindən həmin gün Azərbaycan ərazisində yay vaxtına keçiləcək.

Həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti