Təmas xəttində monitorinq keçiriləcək

Təmas xəttində monitorinq keçiriləcək
  01 Mart 2016    Oxunub:1027
Qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 2-də Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Peter Svedberq və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirəcəklər.


Teqlər:





Xəbər lenti