Rezidenturaya ərizə qəbulu başladı

Rezidenturaya ərizə qəbulu başladı
  01 Mart 2016    Oxunub:1269
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ərizə qəbulu prosesi martın 10-dək davam edəcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi üçün onlayn rejimdə sınaq imtahanı martın 19-da keçiriləcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə 1-ci mərhələ üzrə qəbul imtahanı 3 aprel, 2-ci mərhələ üzrə qəbul imtahanı 29 iyul, ixtisaslaşma seçimi 1-7 avqust, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-15 avqust, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust tarixlərində aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti