Federika Moqerininin Qarabağla bağlı mövqeyi

Federika Moqerininin Qarabağla bağlı mövqeyi
  01 Mart 2016    Oxunub:1950
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün (Aİ) əsas prioritet olaraq qalır.
Bunu Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu hər kəsin razılıq verdiyi, BMT Təhlükəsizlik Şurasının təqdir etdiyi formatdır.

Xanım F.Moqerinin sözlərinə görə, Aİ sülh quruculuğuna və münaqişə nəticəsində ayrı düşmüş insanlar arasında birbaşa əlaqələrin qurulmasına istiqamətlənmiş bütün fəaliyyətləri dəstəkləməyə davam edəcək.

Ali nümayəndə bildirib ki, bu cür fəaliyyətlər və Minsk qrupunun səyləri arasında ziddiyyət yoxdur; hər ikisi uzunmüddətli barışıq üçün əhəmiyyətlidir.


Teqlər:  





Xəbər lenti