İran Azərbaycanda dərman istehsal edəcək

İran Azərbaycanda dərman istehsal edəcək
  29 Fevral 2016    Oxunub:2250
Fevralın 29-da isə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın “Darou pakhsh” şirkətinin nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.

Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfərindən sonra İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı daha da artıb, bir sıra İran şirkətlərinin nümayəndələri ölkəmizdə səfərdə olub, Azərbaycan-İran işgüzar görüşü keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti