Pakistanlı general Azərbaycana gəlir

Pakistanlı general Azərbaycana gəlir
  29 Fevral 2016    Oxunub:1349
Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti