İTV-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı

İTV-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı
  29 Fevral 2016    Oxunub:1362
Bu il yanvarın 23-də itkin düşmüş və fevralın 26-da meyiti tapılan İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin ölümü ilə bağlı cinayət işi başlayıb.
Səbail rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

AzVision.az



Teqlər:  





Xəbər lenti