Əflatun Amaşova yeni vəzifə verilir
Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında bu məsələyə baxılacaq.
Əflatun Amaşov AzVision.az-a açıqlamasında rəhbər təyin olunması ilə bağlı təklifi etimad kimi qiymətləndirdiyini deyib.
Deputat Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olarsa, əlaqələrin daha da möhkəmlənməsi üçün çalışacağını deyib.
“Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi və mədəni baxımdan geniş əlaqələr mövcuddur. Bu əlaqələrin daha da möhkəmlənməsi üçün bütün bacarıqlarımızı göstərəcəyik. Həmçinin Gürcüstanda 500 minə yaxın soydaşımız var. Onların içində olmaq, problemlərini öyrənmək və həllində soydaşlarımıza kömək etmək başlıca vəzifə olmalıdır”-deyə MŞ sədri vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az