“Arşın mal alan” Los-Ancelesdə

“Arşın mal alan” Los-Ancelesdə
  10 İyul 2013    Oxunub:1675
Sentyabrın 7-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə “Arşın mal alan” operettası bu şəhərdə nümayiş etdiriləcək.
Baş konsulluqdan verilən məlumata görə, tamaşa operettanın 100 illik yubileyinə həsr olunub.

Operetta dünyanın ən böyük və məşhur Los-Ancelesin Dorothy Chandler Pavilion Opera Teatrında səhnəyə qoyulacaq. Tanınmış opera ifaçısı Plaçido Dominqonun rəhbərlik etdiyi nüfuzlu Los-Anceles Operası tamaşalarını məhz bu opera teatrında nümayiş etdirir. 1970-1990-cı illərdə “Oskar” mükafatının təqdimetmə mərasimləri də Dorothy Chandler Pavilion Opera Teatrında keçirilib.

Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır. O, 2006-cı ildə “Arşın mal alan” operettasını Vyanada uğurla səhnələşdirib.
Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Operettanın musiqisini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək. Bu, “Arşın mal alan” operettasının ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formada ilk səhnələşdirilməsidir.


Teqlər:  





Xəbər lenti