`Xocalıda qırmızı mələk` təqdim ediləcək

`Xocalıda qırmızı mələk` təqdim ediləcək
  18 Fevral 2016    Oxunub:2640
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatının hazırladığı “Xocalıda qırmızı mələk” adlı tamaşa 24 fevral 2015-ci ildə Milan şəhərinin “Teatro Filodrammatici” teatrında səhnəyə qoyulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından AzVision.az-a verilən məlumata görə, Şura Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tamaşanın rejissor və aktyor heyətini Bakıya dəvət edib.

Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşanın premyerası keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti