Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilə bilər

Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilə bilər
  30 Aprel 2024    Oxunub:1035
Yaxın vaxtlarda "Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) verilə bilər.
AzVision.az xəbər verir ki, hazırda bu barədə müzakirələr aparılır. Ehtimal edilir ki, Nizami Kino Mərkəzi Kinematoqrafçılar İttifaqının İdarə Heyəti tərəfindən daha yaxşı idarə oluna və gəlir edə bilər.

Xatırladaq ki, AKİ-nin katibi Əli İsa Cabbarov 2023-cü ilin aprelində keçirilən Kino Forumunda Nizami Kino Mərkəzinin fəaliyyətini tənqid edib, Mərkəzin "Azərbaycan kinosunun dostu" siyasətini aparmadığını bildirib.

AKİ İdarə Heyətinin bəzi üzvləri də "Azərbaycanfilm" kinostudiyasının idarəçiliyini İttifaqa tapşırılmasını məqbul sayır. Onların arqumentinə görə, "Azərbaycanfilm" kinostudiyası "kinomuzun flaqmanı" statusunu saxlamalıdır. Mədəniyyət Nazirliyi kinostudiyanı dövlət mülkiyyəti olması səbəbindən birbaşa maliyyələşdirə bilmirsə, o zaman nazirlik AKİ üzərindən studiyanın saxlanılması üçün vəsait ayıra bilər. İttifaqın bu vəsaitin effektli xərclənməsinə də nəzarəti həyata keçirməsi mümkündür.

Müşahidəçilər qeyd edir ki, AKİ-nin bu ambisiyaları birləşmə qurultayından sonra əmələ gəlib.

Məlumat üçün bildirək ki, martın 5-də keçirilmiş konfransda ittifaqlar (AKİ və ARKİ) birləşib və Rasim Balayev İttifaqın sədri seçilib.

AzVision.az


Teqlər: Azərbaycanfilm   Nizami-Kino-Mərkəzi  





Xəbər lenti