Ölkədən dollar çıxaran şəxs saxlanıldı

Ölkədən dollar çıxaran şəxs saxlanıldı
  18 Fevral 2016    Oxunub:3282
İstanbula uçmaq istəyən Türkiyə vətəndaşının üzərindən külli miqdarda dollar aşkarlanıb.
Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

Şübhə doğuran M.Taşkının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12000 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti