Fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı - Prokurorluq

Fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı - Prokurorluq
  25 Yanvar 2016    Oxunub:2429
Bakı Şəhər Prokurorluğu paytaxtda fəhlənin faciəli ölümü ilə bağlı məlumat yayıb.
Prokurorluqdan AzVision.az- a verilən məlumata görə, yanvarın 23-də paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan, Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti