Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  25 Yanvar 2016    Oxunub:1671
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 28-də Qobustan rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul saat 11:00-da Qobustan İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti, 5) keçiriləcək.

Bildirilir ki, vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qobustan İdman Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Teqlər:





Xəbər lenti