Mərkəz direktoru işdən çıxarıldı

Mərkəz direktoru işdən çıxarıldı
  25 Yanvar 2016    Oxunub:4116
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində kadr dəyişikliyi olub.
İdarədən verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin direktoru Rəşadət Həşimov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sonuncu kollegiya iclasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad olunub. Nazirin əmri ilə bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti