Prezident ATƏT rəsmiləri ilə görüşdü
O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırladı. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını dedi.
Dövlətimizin başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirdi.
Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.