Bakıdan Yalamaya da qatar gedəcək

Bakıdan Yalamaya da qatar gedəcək
  25 Yanvar 2016    Oxunub:3874
1 fevral 2016-cı ildən Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, həminvaxtdan Bakı-Xaçmaz-Keşlə marşrutu ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.

“Azərbaycan Dəmir Yolları” sərnişinlərin nəzərinə çatdırır ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 09-15-də Bakı sərnişin stansiyasına çatacaq. Saat 01-10-da Yalama stansiyasına çatan qatar, 03-30-da Yalama stansiyasından yola düşəcək` - deyə, məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti