`Qarabağa görə narahatıq` - ATƏT rəsmisi

`Qarabağa görə narahatıq` - ATƏT rəsmisi
  25 Yanvar 2016    Oxunub:1793
“Son dövrlər təmas xəttindəki gərginlik bizi narahat edir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Tsereteli deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması başlıca elementlərdən biridir: “Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və onların səylərini dəstəkləyirik. Səfərimiz zamanı müzakirə olunacaq əsas mövzulardan biri də məhz bu olacaq. ATƏT-lə Azərbaycan arasında mühüm əməkdaşlıq mövcuddur” - deyən vitse-prezident qeyd edib ki, ATƏT PA Azərbaycandakı seçkiləri müşahidə edən ən başlıca təşkilat olub.

“Səfər zamanı danışıqlar nəticəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Bu səfər cərçivəsində münasibətlərdə irəliləyişlər olacaq”.

Bu gün Azərbaycan prezidenti ilə görüş keçirdiklərini deyən ATƏT PA-nın sədr müavini çox pozitiv müzakirələr apardıqlarını bildirib: “Belə bir konstruktiv yanaşma oldu ki, Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir. Ümid edirik ki, hər iki tərəfin səyi nəticəsində səfərin yekunu olaraq münasibətlərin təkmilləşdirilməsinin əsasını qoyacağıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti