Şəfa Mehmanqızı işdən çıxdı

Şəfa Mehmanqızı işdən çıxdı
  25 Yanvar 2016    Oxunub:4514
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə Ş. Mehmanqızı özü məlumat verib.

“4 ilə yaxın bir müddətdə NİİM-də çalışmışam və hər zaman bu qurumun imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaq. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm. Hər kəsə uğurlar!” - deyə Ş. Mehmanqızı bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti