`Sabitliyin qədrini bilməliyik` - Ağcabədinin deputatı

`Sabitliyin qədrini bilməliyik` -  Ağcabədinin deputatı
  14 Yanvar 2016    Oxunub:2343
“Baş verən proseslərin kökündə xarici amillər dayanır”.

Bu sözləri Femida.az-a açıqlamasında Ağcabədi rayonundan millət vəkili seçilmiş Tahir Rzayev deyib.

Onun sözlərinə görə, hazırkı proseslər siyasi oyunların bir hissəsidir: “Hazırda bütün dünyada iqtisadi sahədə böhran hökm sürür. Ölkəmizdə baş verən hadisələr siyasi oyunların bir hissəsi kimi nəzərdən keçirilməlidir. ABŞ, Almaniya kimi güclü dövlətlər nisbətən zəif dövlətləri özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Təəssüflər olsun ki, dünyada gedən proseslər bizə də təsirini göstərdi. Vətəndaşlar da diqqətli olmalıdır. Ölkəmizdəki ictimai-siyasi sabitliyi qoruyub saxlamaq üçün çalışmalıyıq”.

“Hər birimizin nöqsanı var, lakin hadisələr şişirdilməməlidir” - deyə, regionlarda son günlər baş verən aksiyalarla bağlı millət vəkili qeyd edib. Onun sözlərinə görə, bəzi işbazlar bu vəziyyətdən istifadə etmək istəyirlər: `Ona görə də regionlarda etiraz aksiyaları keçirilir. Mən 10 gündür ki, Ağcabədidəyəm. Baş verən prosesləri yerindəcə izləyirəm. Nəzərə almaq lazımdır ki, hər birimizin nöqsanı var. Məmurların da, vəzifəli şəxslərin də günahı var. Lakin düşünürəm ki, bu nöqsanları şişirtmək olmaz. Hadisələrə başqa cür don geyindirmək olmaz. Sabit bir ölkədə yaşayırıq və bu sabitliyin qədrin bilməliyik`.


Teqlər:  





Xəbər lenti