Nazir şagirdi döyən müəllimi işdən çıxardı

Nazir şagirdi döyən müəllimi işdən çıxardı
  14 Yanvar 2016    Oxunub:3100
Sumqayıt şəhər 22 saylı tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar məktəbin tarix müəllimi İdris Hüseynov işdən çıxarılıb.

Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Bu səbəbdən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib.

“Hazırda bu məsələ ilə bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılır. Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcək”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti