Bakıda mənşəyi bilinməyən ət aşkarlandı
Məlumatda qeyd olunub ki, mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.