Masallıda silahlı basqın

Masallıda silahlı basqın
  14 Yanvar 2016    Oxunub:1612
Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
AzVision.az "Report"a istinadən xəbər verir ki, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb.

Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti