Ev almaq istəyənlərin diqqətinə - Qiymətlər düşüb

Ev almaq istəyənlərin diqqətinə - Qiymətlər düşüb
  14 Yanvar 2016    Oxunub:3509
Qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.
AzVision.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda ev almaq istəyənlər üçün yaxşı fürsət yaranıb. Çünki mənzillərin qiymətləri xeyli dərəcədə aşağı düşüb. Paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb.

Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb. Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir.

Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar.



AzVision.az


Teqlər:





Xəbər lenti