Müxalifətin aksiya təxribatı – Aldanmayın (FAKTLAR)

Müxalifətin aksiya təxribatı – Aldanmayın (FAKTLAR)
  14 Yanvar 2016    Oxunub:37465
Müxalifət təmsilçilərinə məxsus Facebook səhifəsi və profillərdə ölkədə guya etiraz aksiyaların baş qaldırması, “xalqın ayağa qalxması”, polisin insanlara “təzyiq” etməsi haqda ardı-arası kəsilməyən uydurma informasiyalar yayılır.

Sosial şəbəkələri özləri üçün fəaliyyət meydanı seçən radikallar xalqı dövlətə qarşı qaldırmaq üçün dəridən qabıqdan çıxır. Bu məqsədlə sosial şəbəkələrdə ictimai rəyi çaşdıracaq başlıqlar altında xəbərlər tirajlayırlar. Hansı ki, paylaşılan fotolar, xəbərlər köhnədir, yalandan təzə hadisə adı ilə istifadəçilərə təqdim olunur. Burada müxaliflərin əsas məqsədi hazırki həssas durumda xalqı etiraz aksiyalarına sövq etmək, insanları hakimiyyətə qarşı qaldırmaqdır.

Facebook sosial şəbəkəsində müsavatçılara məxsus olan “Basta” qrupunda “Hakimiyyət şəhərə qoşun yeritdi” başlıqlı xəbər paylaşılıb. Məlum olub ki, insanları təxribata çəkmək üçün paylaşılan xəbər 2011-ci ilin 18 aprel tarixində “musavat.com” saytında dərc olunub.

Aşağıda təqdim etdiyimiz görüntülərdə xəbərin Facebook-da paylaşılma və saytda dərc olunma vaxtına diqqət edin:





Gördüyünüz kimi, radikalların 2011-ci ildə tirajlanan xəbəri yenidən gündəmə gətirməsi təxribat cəhdindən başqa bir şey deyil.

Aksiyalarla bağlı təxribatlar bununla bitmir. “Basta” qrupunda illər öncə əsgər ölümləri ilə bağlı keçirilən qanunsuz aksiyada çəkilən foto paylaşılaraq, rayonlarda keçirilən aksiyalarda guya polisin vətəndaşlara zor tətbiq etməsi görüntüsü yaradılır. Hansı ki, rayonlarda keçirilən aksiyalarda belə bir görüntü qeydə alınmayıb.



Digər bir foto isə “Siyəzənə qoşun yeridildi” başlığı ilə paylaşılıb. Hansı ki, təqdim olunan foto daxili qoşunların təlimləri zamanı çəkilib. Göründüyü kimi, paylaşılan fotoların rayonlardakı aksiyalarla heç bir əlaqəsi yoxdur.



Sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırmaq istərdik ki, müxalifətçilərə məxsus səhifə və qruplarda təxribat dolu informasiyalar yayılır. Bu cəhdlərə aldanmayın.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı rəsmi məlumata görə, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti