Gömrükdən soyuq silah keçirmək istədi

Gömrükdən soyuq silah keçirmək istədi
  13 Yanvar 2016    Oxunub:2525
Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əkbər Mustafayevin baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq və elektroşok cihazının təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, həmin baqaja təkrar baxış zamanı Ə.Mustafayeva məxsus idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış 1 ədəd bıçaq və qutuya qablaşdırılmış 1 ədəd elektroşok cihazı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən bıçaq bir tərəfı kəsici və ucu deşici xassəyə malik süngu-bıcaq formasında hazırlanmış soyuq silahdır.

Faktla bağlı təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti